Reklam
Reklam

Tarix terminləri lüğəti

əlifba

ər. – iki hərfin (əlif + ) ad birləşməsi

Hər hansı yazılı dildə işlədilən, müəyyən dəyişməz ardıcıllıqla düzülmüş qrafik işarələrin – hərflərin məcmusu.

O, yazının ən yüksək inkişaf mərhələsində – piktoqrafik yazı, ideoqrafik yazısillabik yazıdan sonra meydana gəlib. Ə.-da hərflər ayrı-ayrı səsləri göstərir. Bu mənada ən mükəmməl Ə.-da səslərin sayı hərflərin sayına uyğun gəlməli olsa da, gerçəklikdə onların heç biri belə tələbə cavab vermir. İlk Ə. e.ə. II minilliyin ortalarında yaranmış Finikiya əlifbası hesab olunur. Qədim Şərqin bir çox Ə.-ları (arami, yəhudi, Suriya və s.) məhz Finikiya Ə.-sından törəyib. Yunan, etrusk, qot və latın Ə.-larının mənşəyi də onunla bağlıdır. Bu gün dünyada ən geniş yayılmış və ən müxtəlif dillərin yazısında istifadə olunan latın Ə.-sı isə təqribən e.ə. VII əsrdə meydana gəlib. Uzun təkamül yolu keçmiş latın Ə.-sı, bəzi tədqiqatçıların fikrincə, qədim yunan, digərlərinin rəyinə görə isə etrusk Ə.-sından yaranıb. 1929–1939-cu illərdə Azərbaycanda latın Ə.-sından istifadə olunub, daha sonra kiril qrafikasına keçilib. SSRİ-nin süqutundan sonra 1992-ci ildə yenidən latın Ə.-sına qayıdılıb. 2001-ci ildən başlayaraq hər il avqustun 1-i Azərbaycan dili və əlifbası günü kimi qeyd olunur.

Tarix terminləri lüğəti