Xəfif bəhrinin iki növü var. Birinci növ fəal, ikinci növ passiv xəfif adlandırılır. Fəal xəfif fə`ilAtün məfA`ilün fə`ilün təfiləsindədir; məs.: Qoca Qafqaz /, adında var/ əzəmət (İ.Cəfərpur). Passiv xəfif fA`ilAtün məfA`ilün fə`ilAtün təfiləsindədir; məs.: Düşməni-duni nabəkarə bəlayəm (M.Füzuli). Birinci növ xəfif bəhrinə “Həft peykər” vəzni, ikinci növ xəfif bəhrinə “Füzuli xəfifi” də deyilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti