türk. – keçilməz meşə
Avropa, Asiya və Amerikanın şimalında çətin keçilən iynəyarpaqlı meşə zolağı.
T. meşələri, əsasən, mülayim iqlim qurşağının şimalında yerləşir, onlara daha çox Rusiya, Kanada və Şimali Avropa ölkələri ərazisində rast gəlinir. T.-da işıq az olduğu üçün alt mərtəbənin bitki örtüyü, demək olar, eyni tiplidir, müxtəlif kollardan, mamır-şibyədən ibarətdir. Şimali Amerika və Kanadanın T.-sında küknar və qismən enliyarpaqlı ağaclar bitir, Şimali Avropada küknar, Ural ərazisində şam, Sibirdə qaraşam üstünlük təşkil edir. T.-da heyvanlar aləmi tundraya nisbətən zəngin, enliyarpaqlı meşələrə nisbətən kasıbdır. Burada yalnız T.-ya xas olan canlı növlərinə rast gəlinir. Faunasının arealına görə T.-nı Asiya, Avrasiya, Avrasiya-Amerika, Amerika kimi tiplərə ayırmaq olar.
Coğrafiya terminləri lüğəti