Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

su dövranı

Yerin atmosferində, hidrosferində, Yer qabığında günəş radiasiyası, ağırlıq qüvvəsi və s. amillərin təsiri nəticəsində suyun fasiləsiz yerdəyişməsi.

S.D. suyun Yer səthindən buxarlanması, buxarlandığı yerdən hava axınları vasitəsilə başqa yerə aparılması, su buxarının kondensasiyası və yağıntı halında düşməsi, su hövzələrində, qurunun səthində və Yer qabığı daxilində suyun yerdəyişməsi kimi hadisələrin cəmindən ibarətdir. İl ərzində Yerdə S.D.-nda 520.000 km3 su iştirak edir ki, bu da hidrosferin ümumi su həcminin 0,037%-ni təşkil edir. S.D.-nın əhatə etdiyi əraziyə və su həcminə görə suyun kiçik dövranı, suyun böyük dövranısuyun Yer dövranı fərqləndirilir.

Coğrafiya terminləri lüğəti