alm. zёch, zёche – hərfi mənası: “eyni silkdən olan şəxslərin birliyi”
Feodalizm cəmiyyətində şəhərlərdə iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçıların – sənətkarların peşə təşkilatları.
S.-də bir və ya bir neçə yaxın sənətkarlıq sahələrinin nümayəndələri birləşib. Belə təşkilatların ən mükəmməl formaları Qərbi Avropada təşəkkül tapıb. Onlar XI–XII əsrlərdə İtaliya, Fransa, Almaniya və İngiltərədə meydana gəlib, XIII–XIV əsrlərdə yüksək inkişaf səviyyəsinə çatıb. S.-in öz nizamnaməsi, gerbi, şəhər qoşunları tərkibində hərbi dəstələri, hətta xüsusi qəbiristanlıqları olub. Orta əsrlərdə sənətkarlığın inkişafına güclü təkan vermiş S. manufaktura və fabriklərin yaranması ilə öz əhəmiyyətini itirib və XVIII əsrin sonu – XIX əsrdə qanunla ləğv edilib.
Tarix terminləri lüğəti