Reklam
Reklam

Tarix terminləri lüğəti

rəiyyət

ər. rəiyyət – təbəə, bir hökmdarın tabeliyində olan əhali < rəiyyə – hərfi mənası: sürü

Orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda öncə bütün təbəələrin, sonralar isə yalnız vergi ödəyicisi olan kəndlilərin və şəhər əhalisinin ümumiləşdirilmiş adı.

Son orta əsrlər dönəmində xərac verən və torpağa təhkim olunmuş kəndlilərə R. deyiblər. Rəncbərdən fərqli olaraq R.-in torpaq sahiblərindən şəxsi asılılığı olmayıb. XIII–XVIII əsrlərdə İranda oturaq kəndliləri köçəri elatlardan fərqləndirmək üçün R. adlandırıblar.

Tarix terminləri lüğəti