lat. globus – kürə
Yerin çox kiçik miqyasda kürə formasında modeli.
Xəritələrdən fərqli olaraq Q.-da təhrifə, demək olar, yol verilmir və miqyas hər yerdə eyni qalır. Miqyasına görə Q.-lar 3 yerə bölünür: böyük miqyaslı (1:30 000 000), orta miqyaslı (1:50 000 000) və kiçik miqyaslı Q.-lar (1:83 000 000). İndiyədək saxlanılmış ən qədim Q. 1492-ci ildə alman alimi Martin Behaym tərəfindən hazırlanıb. O öz Q.-nu “Yer alması” adlandırıb. Lakin Q.-ların tarixi daha qədimdir; məsələn, Şərq dünyasında ilk Q.-u XI əsrdə özbək alimi Əbu Reyhan əl-Biruni yaradıb. Relyef, eləcə də göy qübbəsini, səma cisimlərini göstərən Q.-lar da var.
Coğrafiya terminləri lüğəti