Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

layla

Şifahi xalq ədəbiyyatında lirik şeir janrı: körpə uşaqları yatırtmaq üçün müəyyən melodiya ilə oxunan həzin şeir; nənni, beşik nəğməsi.

Laylalarda analar öz övladları ilə bağlı arzu və istəklərini dilə gətirirlər. Laylalar qafiyə quruluşu və misraların sayı baxımından bayatıya oxşayır; məs.:

Qızılgül butam, laylay,

Ətrinə batam, laylay.

Balam ərsəyə çata,

Toyunu tutam, laylay.

Laylaların nəqərat hissəsi də olur ki, çox zaman hər dörd­misralıq bənddən sonra təkrarlanır:

Balam laylay, a laylay,

Gülüm laylay, a laylay.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti