Moren tirələri və qalaqları arasında yaranmış çökəklikdə əmələ gələn göl.
Belə göllər, əsasən, Kaynozoy erasının Antropogen dövründə sonuncu buzlaşma mərhələsində yaranıb. M.G.-lərinə daha çox Skandinaviya yarımadasında, Rusiyanın şimalında və Kanada ərazisində rast gəlinir. Rusiyada Ladoqa, Oneqa, Çud, Finlandiyada Saymaa, İnari, ABŞ və Kanada sərhədində yerləşən Böyük Göllər də M. (buzlaq) mənşəlidir.
Coğrafiya terminləri lüğəti