Reklam
Reklam

Tarix terminləri lüğəti

metropoliya

yun. metropolis < meter – ana + polis – şəhər

1. Koloniyaları olan qədim yunan şəhərləri (polisləri).

M.-ların koloniyalar üzərində bilavasitə hakimiyyəti olmayıb, amma onlardan hər biri öz koloniyasına himayədarlıq edib.

2. Orta əsrlərdə, yeni və ən yeni dövrdə müstəmləkəsi olan dövlət.

M.-nın müstəmləkələrlə əlaqəsi müxtəlif siyasi-hüquqi formalarda (protektorat, vassallıq və s.) həyata keçirilib. Lakin bütün hallarda bu əlaqələr M.-nın müstəmləkə üzərində hökmranlığına əsaslanıb.

3. Bəzi dövlətlərdə (məs.: Kanadada) əyalət və ya vilayətin mərkəzi şəhəri.

Nadir hallarda ölkənin paytaxtı da M. adlandırılır.

Tarix terminləri lüğəti