lat. protector – müdafiəçi, himayədar
1. Dövlətin asılılıq forması.
Müstəmləkədən fərqli olaraq P. sayılan ölkə daxili siyasətdə müəyyən müstəqilliyini saxlayır, lakin onun xarici siyasətdə təmsilçilik hüququ olmur, ərazisinin müdafiəsi və bu kimi məsələlərin həlli metropoliyanın ixtiyarına verilir. XIX əsrin sonu – XX əsrin I yarısında dünyada xeyli sayda P. ölkə olub, lakin II Dünya müharibəsindən (1939–1945) sonra onların hamısı müstəqillik əldə edib.
2. 1653–1659-cu illərdə İngiltərədə hərbi diktatura rejimi.
Bu rejimdə bütün hakimiyyət lord-protektor O.Kromvelin əlində cəmlənib. Kromvelin ölümündən sonra onun böyük oğlu Riçard lord-protektor titulundan imtina edib. Bununla da İngiltərədə P.-lığa son qoyulub.
Tarix terminləri lüğəti