Avrasiyanın və Şimali Amerikanın tundra zonasından cənubda, 30-50 km-dən 300-400 km-dək zolaq şəklində uzanan subarktika qurşağı təbii zonası.
M.-T.Z.-nın iqlimi mülayim kontinental olub orta iyul temperaturu +10°...+14°C, yanvar temperaturu isə -10° ...-40°C arasında dəyişir. İllik yağıntıların miqdarı 250-400 mm arasındadır. Meşələr, əsasən, çay dərələri boyu və suayırıcılarında tala şəklində yerləşir, seyrək tozağacı, ağ şam, əyri-üyrü seyrək qaraşam (Sibirdə) və alçaqboylu kolluqlardan (Rus düzənliyində) ibarət olur. M.-T.Z. üçün seyrək meşəliklərin geniş bataqlıqlarla növbələşməsi səciyyəvidir.
Coğrafiya terminləri lüğəti