ər. – yol, istiqamət
Sünnilik şəriətində dini-hüquqi məktəb və ya sistem.
Sünnilikdə çoxsaylı M.-lər VIII–IX əsrlərdə yaranıb. Hazırda rəsmi statusa malik 4 M. var: hənəfilik, malikilik, şafiilik və hənbəlilik. Bu M.-lər arasında ciddi fərqlərin (ilk növbədə, hədislərin şərhi üsulunda) olmasına baxmayaraq, sünniliyin prinsipial məsələlərində onlar eyni mövqedə dayanır. Hənəfilik türk xalqları (azərbaycanlılar istisna olmaqla), eləcə də Çin, Hindistan və Suriya müsəlmanları arasında, malikilik isə Tunis, Əlcəzair, Mərakeş, Qərbi Afrika, Sudan və qismən Misirdə yayılıb. Şafiilik – Misir, Şərqi Afrika və İndoneziyada, hənbəlilik isə, demək olar ki, yalnız Səudiyyə Ərəbistanında hakim mövqe tutub.
Tarix terminləri lüğəti