ər. – hökmdar, padşah
1. Qədim Ərəbistanda hökmdarların, həmçinin bəzi tayfa ittifaqı başçılarının, VII əsrdən sonra isə xilafətdən asılı olan qeyri-müsəlman hakimlərinin titulu.
2. Ərəb xilafəti parçalandıqdan sonra (XIII əsr) həmin ərazidə yaranmış müstəqil dövlətlərin başçıları, habelə XIII–XIV əsrlərdə monqolların işğal etdikləri ərazilərin yerli hakimləri.
3. Elxanilər və Səfəvilər dönəmində Azərbaycanın asılı feodalları, habelə XVIII əsrdə Qarabağın Xəmsə mahalının yarımasılı feodalları.
Bəzi ölkələrdə (İordaniya, Mərakeş və s.) M. titulu hələ də qalır.
See also:
Tarix terminləri lüğəti