ər. – beşlik, beş vahiddən ibarət olan
1. Azərbaycanda tarixi mahal.
X., əsasən, Qarabağın dağlıq rayonlarını əhatə edib. Səfəvilər dövlətinin inzibati ərazi vahidlərindən biri olan Gəncə (Qarabağ) bəylərbəyiliyinin tabeliyindəki beş məliklik (Dizaq, Vərəndə, Çiləbörd, Gülüstan, Xaçın) ümumilikdə belə adlandırılıb.
2. İranın Fars vilayətinin şərqində yaşayan tayfa qrupu.
Bu qrup beş tayfadan ibarət olub. Onun əsasını isə oturaq həyat tərzinə keçmiş və əkinçiliklə məşğul olan türkdilli nəfər, baharlı və inanlı tayfaları təşkil edib. XIX əsrin ortalarında feodal hakimləri tərəfindən süni surətdə yaradılmış X. az sonra faktik olaraq parçalanıb.
Tarix terminləri lüğəti