lat. corrosio – yeyilmə, korlanma, xarabolma
1. Suların kimyəvi təsiri ilə süxurların dağılması, həll olması.
K. nəticəsində süxurlarda çatlar, mağaralar və b. müxtəlif boşluqlar əmələ gəlir. K. asan həll olan süxurlarda (gips, daşduz, əhəngdaşı və s.) daha aydın nəzərə çarpır.
2. Maqmanın kristallaşmanın ilk mərhələsində əmələ gəlmiş kristal püruzlarını və ya ətraf süxur qırıntılarını əritməsi, həll etməsi.
Coğrafiya terminləri lüğəti