İqlim şəraitinin oxşarlığına görə Yer səthinin bölündüyü enlik qurşaqları, iqlimlərin ən böyük təsnifat forması.
İ.Q. başlıca olaraq temperatur və yağıntı rejimi ilə səciyyələnir. Onlar, əsasən, ekvatora paralel şəkildə materiklərdən və okeanlardan keçməklə Yer kürəsinin ətrafına dolanır. İ.Q.-nın bir neçə təsnifatı mövcuddur. Rus iqlimşünası Alisovun təklif etdiyi, coğrafiya elmində daha çox istifadə olunan təsnifata görə, Yer kürəsi 13 İ.Q.-na ayrılır: 1 ekvatorial qurşaq, 2 subekvatorial qurşaq, 2 tropik qurşaq, 2 mülayim qurşaq, 2 subtropik qurşaq, 2 subqütb qurşağı və 2 qütb qurşağı. İ.Q. özləri də iqlim tiplərinə bölünür; məsələn: subtropik İ.Q.-na 4 iqlim tipi daxildir: Aralıq dənizi tipi, kontinental tip, musson tipi və ilboyu bərabər rütubətli tip.
Coğrafiya terminləri lüğəti