Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

interaktivlik

ing. interactive – qarşılıqlı əla­qə

Qarşılıqlı informasiya mübadiləsinə əsaslanan ünsiyyət forması, kommunika­siya növü.

İ. sistemin elementləri ara­sında dialoqun olmasını nəzərdə tutur; məsələn, internetdə bu, «istifadəçi – is­tifadəçi», «istifadəçi – kompüter» sxemi üzrə, çatlar, forumlar, telekonfranslar və s. vasitəsilə baş verir. Televiziya və radioda İ. – verilişin gedişində izləyici və dinlə­yi­cilərlə birbaşa əlaqənin yaradılması, ha­belə digər üsullarla təmin edilə bilər. Bu termindən daha çox mediada, informa­tikada, proq­ram­laşdırmada, sosiologiyada istifadə olu­nur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti