Troposferin böyük ölçülərə malik eyni tipli hissələri.
H.K.-nin horizontal ölçüləri materik və okeanların sahələrinə uyğun gəlir. Onlar atmosfer cəbhələri vasitəsilə bir-birindən ayrılır. Atmosferin ümumi sirkulyasiyasının (dövranının) tərkib hissələri kimi H.K. yerlərini dəyişərək böyük ərazilərdə hava şəraitini müəyyənləşdirir. Fiziki xassələrinə görə onlar ekvatorial, tropik, mülayim, arktik və antarktik tiplərə ayrılır. H.K. dəniz və quru səthi üzərində formalaşdıqları üçün eyni zamanda dəniz və kontinental tiplərə də bölünür. Kontinental H.K. quru və yağıntısız, dəniz H.K. isə rütubətli olur.
Coğrafiya terminləri lüğəti