Reklam
Reklam

Tarix terminləri lüğəti

hakimiyyət

ər. hakim – həll edən, hökm verən

Digər insanların, sosial qrupların fəaliyyət və davranışlarına təsir göstərmək, onları bir iradəyə tabe etdirmək imkanı və qabiliyyəti; idarəçilik aləti.

H. müxtəlif metodlara – demokratik, avtoritar, zorakı və s. üsullara əsaslana bilər. Onun fərqli formaları var: valideyn H.-i, icra H.-i, qanunverici H., məhkəmə H.-i və s. Siyasi H. – müəyyən sosial qrupun digər sosial qrupların fəaliyyətini yönləndirməsi və nəzarətdə saxlaması, onları öz iradəsinə tabe etdirməsi yolu ilə həyata keçirilir. Bu məqsədlərə nail olmaq üçün siyasi H. xüsusi aparat yaradır. Onun ən mühüm elementləri dövlət və dövlət orqanları sistemi hesab olunur.

Tarix terminləri lüğəti