yun. èthnos – xalq, tayfa + graphio – yazıram, təsvir edirəm
Dünya xalqlarının maddi və mənəvi mədəniyyətinin xüsusiyyətlərini, onların məişətini, mənşəyini və məskunlaşmasını, eləcə də xalqlar arasındakı qarşılıqlı tarixi-mədəni əlaqələri öyrənən elm.
Müstəqil elm sahəsi kimi E. XIX əsrin ortalarında formalaşıb. Müasir dövrdə yalnız bəzi postsovet ölkələrində (o cümlədən Azərbaycanda) E. terminindən istifadə olunur. Dünyanın əksər hissəsində isə “antropologiya” və “etnologiya” terminlərindən istifadəyə üstünlük verilir. Bu, bir çox alimlərin fikrincə, E. anlayışının «təsvirçilik» mənası verməsi, həmin elm sahəsinin nəzəri aspektlərini özündə ehtiva edə bilməməsi ilə izah olunur. Lakin E. elmi təsvirçilik mərhələsini hələ XX əsrin əvvəllərində arxada qoyub.
See also: