Reklam
Reklam

Tarix terminləri lüğəti

etnoqrafik qrup

Etnosun adət-ənənələrdə, təsərrüfat və məişət sahəsində müəyyən fərqləndirici xüsusiyyətlərə malik hissəsi.

E.Q. uzun müddət etnik ərazidən ayrı düşmə, assimilyasiya nəticəsində, yerli xüsusiyyətlərin təsiri altında yaranır. Ayrımlarqarapapaqlar azərbaycanlıların tərkibində E.Q.-lara misaldır. Etnik (subetnik) qrupdan fərqli olaraq E.Q., adətən, özünü mənsub olduğu xalqın tərkibində xüsusi icma kimi dərk etmir. Hərçənd müəyyən şərtlər daxilində o da gələcəkdə subetnik qrupa çevrilə bilər.

See also:

Tarix terminləri lüğəti