Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Proterozoy

yun. proteros – ən erkən + yun. zoe – həyat

Yerin geoloji tarixində ən qədim Kriptozoy eonunun son mərhələsi.

P. 2,5-2,6 mlrd. il əvvəl başlayıb və təxminən 2 mlrd. il davam edib. P.-un ümumi qəbul edilmiş dövr bölgüsü yoxdur. Beynəlxalq geoloji elmlər ittifaqının müvafiq altkomissiyası onu üç hissəyə – yeni, orta və qədim (Neoproterozoy, Mezoproterozoy, Paleoproterozoy) eralara, həmçinin 10 dövrə (Ediakar, Kriogen, Ton, Sten, Ektaz, Kalim, Stater, Orozir, Rias, Sider) ayırmağı tövsiyə edib. P. erasının çöküntülərində yalnız ibtidai yosun və bakteriyaların qalıqlarına təsadüf edilir. P. termini 1888-ci ildə amerikalı geoloq Samuel Emmons tərəfindən Arxey erası ilə Kembri dövrü arasında qalmış çöküntüləri adlandırmaq üçün təklif olunub.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti