yun. Eol – külək allahının adından + lat. relevo – qaldırıram + lat. forma – görünüş, zahiri görkəm
Əsasən, yarımsəhra və səhralarda küləyin dağıdıcı və ya akkumulyativ fəaliyyəti nəticəsində əmələ gələn relyef formaları.
Bu formalar eol sütunlardan, barxanlardan, dyunlardan, qum təpələrindən və s.-dən ibarətdir. Belə relyef formaları, əsasən, Böyük Səhra, Ərəbistan yarımadası, Mərkəzi Asiya və s. kontinental ərazilər üçün xarakterikdir.
Coğrafiya terminləri lüğəti