1. Coğrafiya. Yer kürəsinin acı-duzlu su ilə örtülü olan və az-çox quru ilə əhatə olunmuş böyük sahəsi, okeanın bir hissəsi; dərya. □ Qara dəniz.
2. Acı-şor suyu olan çox böyük göl. □ Xəzər dənizi.
3. Yer üzündəki okean və dənizlərin məcmusu. □ Dənizlə Amerikaya getmək.
4. Süni surətdə düzəldilmiş çox böyük sututar. □ Mingəçevir dənizi.
5. Məcazi mənada: təşbehlərdə, müqayisələrdə çoxluq, nəhayətsizlik, intəhasızlıq bildirir. □ Xəyalımız üzəydi sövda dənizlərində; Ləpələr üzərində. (M.Müşfiq).
See also: