Subtropik iqlimin qışı yağışlı, yayı isə isti və quru iqlim tiplərindən biri.
A.D.İ.-ndə ən soyuq ayın orta temperaturu 0°C-dən yuxarı, ən isti ayın orta temperaturu isə 22-28°C-dir. Yağıntının orta illik miqdarı 700 mm, lakin bəzi yerlərdə 1000 mm-dən artıq olur. Bu iqlim tipi Aralıq dənizi ölkələrində, Krımın cənub sahilində, Qafqazın Qara dəniz sahilində (Novorossiyskdən Tuapseyə qədər), Avstraliya, Afrika və Cənubi Amerikanın cənub-qərb sahilboyunda və bəzi başqa ərazilərdə müşahidə edilir. A.D.İ.-nə malik ərazilərə yayda tropik, qışda isə mülayim hava kütlələri təsir göstərir. Burada, əsasən, codyarpaqlı meşə və kolluqlar altında şabalıdı və qəhvəyi torpaqlar yayılıb.
Coğrafiya terminləri lüğəti