Yer planetinin okean və dənizlərində toplanmış su.
Dünya okeanında suyun ümumi həcmi 1370 mln. km3 olub çəkisinə görə 96,5%-i təmiz sudan, 3,5%-i isə həllolunmuş mineral duzlardan, qazlardan və az miqdarda (1-5 mq/l) üzvi maddələrdən ibarətdir. D.S. – məhluldur, tərkibində bütün məlum kimyəvi elementlər var. Bu suyun minerallaşma dərəcəsi, yəni hər litrdə mineral maddələrin faiz nisbəti onun duzluluğu adlanır. D.S.-nun orta duzluluğu 35 promilə (‰) yaxındır və duz tərkibi qanın duz tərkibinə bənzərdir. Dünya okeanında suyun duz tərkibi 88,7% xloridlərdən, 10,8% sulfatlardan, 0,3% karbonatlardan və 0,2% sair maddələrdən ibarətdir.
Coğrafiya terminləri lüğəti