Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

biocoğrafiya

yun. bios – həyat + yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

Mikroorqanizmlərin, bitki və heyvanların həyat şəraitindən, həmçinin tarixi şəraitdən asılı olaraq Yer kürəsində yayılmasının qanunauyğunluqlarını öyrənən elm.

Müvafiq olaraq üç hissədən ibarətdir: mikroorqanizmlərin coğrafiyası, bitki aləminin coğrafiyası (fitocoğrafiya) və heyvanlar aləminin coğrafiyası (zoocoğrafiya). B. arealların müəyyənləşdirilməsində və biomların Yer kürəsində yayılmasının xüsusiyyətlərinin araşdırılmasında mühüm rol oynayır.

Coğrafiya terminləri lüğəti