Reklam
Reklam

Tarix terminləri lüğəti

benefisi

lat. beneficium – yaxşılıq, iltifat

1. Qədim Romada imtiyaz növü; məs.: imperiya dövründə müxtəlif vergi imtiyazları, imperatorların bəxşişi və s.

2. Erkən orta əsrlərdə Qərbi Avropada feodalın öz vassalına müəyyən xidmətlərinə görə verdiyi bəxşiş.

İlk dövrlərdə vassallar, əsasən, hərbi xidmətlərə görə torpaq şəklində verilən B. üzərində varislik hüququna malik deyildilər. Lakin feodal münasibətlərinin inkişafı ilə əlaqədar B. sahibləri onun ömürlük bəxşişdən irsi feodal mülkiyyətinə (len və ya feoda) çevrilməsinə nail olmuşdular.

3. Roma katolik kilsəsində orta əsrlərdən başlayaraq XX əsrin 60-cı illərinə qədər kilsə qarşısındakı xidmətlərin əvəzində mükafat kimi verilən dini məbədlərdə gəlirli vəzifə.

Tarix terminləri lüğəti