Reklam
Reklam

Tarix terminləri lüğəti

len

alm. lehn < leihen – borcvermə

1. Orta əsrlərdə Almaniyada hər hansı şəxsə hərbi və ya inzibati xidmət müqabilində bağışlanan torpaq sahəsi (yaxud başqa gəlir yeri).

Öncə benefisi (müəyyən müddətə verilmiş şərti bəxşiş), XII əsrdən irsi xarakter daşıyıb. Tarixi ədəbiyyatda digər ölkələrdəki oxşar torpaq mülkiyyəti formalarını da çox vaxt L. adlandırırlar.

2. İsveçdə inzibati-ərazi vahidi.

L. həmçinin 1660-cı ilədək Danimarkada və 2010-cu ilədək Finlandiyada inzibati-ərazi vahidi olub.

Tarix terminləri lüğəti