Reklam
Reklam

Tarix terminləri lüğəti

babilər hərəkatı

İranda 1848–1852-ci illərdə babilik təriqətindən olan ruhanilərin və xırda burjuaziyanın başçılıq etdiyi hərəkat.

B.H. dini xarakter daşısa da, onun əsas məqsədi insanların bərabərliyi uğrunda iri feodallar, ali ruhani təbəqəsi və xarici kapitala qarşı mübarizə olub. B.H.-nın kulminasiya nöqtəsini Mazandaranda (1848–1849), Zəncanda (1850-ci il, iyun–dekabr) və Neyrizdə (1850-ci il, iyun) üç böyük üsyan təşkil edib. Həmin üsyanlar amansızlıqla yatırıldıqdan sonra hərəkat kütləviliyini itirib və onun iştirakçıları terror taktikasına keçiblər. 1852-ci ilin avqustunda Nəsrəddin şaha edilən uğursuz sui-qəsddən sonra babilərə kütləvi divan tutulub və B.H. birdəfəlik yatırılıb.

Tarix terminləri lüğəti