Reklam
Reklam

Tarix terminləri lüğəti

babilik

XIX əsrin 40-cı illərində İranda şiəlik əsasında yaranmış dini təriqət.

Təriqətin banisi özünə ərəbcə “qapı” mənasını verən Bab ləqəbini götürmüş Seyid Əli Məhəmməd olub. Babın iddiasına görə, B. “qapı”sından keçən hər bir kəs üçün həqiqət və ədalətin yolu açılacaq. Təriqətin başlıca müddəaları Babın “Bəyan” kitabında şərh edilib. B.-də Quran və şəriətə əsaslanan qanunlar köhnəlmiş sayılır, onları “Bəyan”da verilən, bütün insanların bərabərliyinə və hüquqlarının qorunması prinsipinə əsaslanmış yeni qaydalarla əvəzləmək təklif olunur. Babın ardıcılları onun ideyalarını daha da inkişaf etdirərək vergilərin və mükəlləfiyyətlərin ləğvi, qadınlara kişilərlə bərabər hüquqların verilməsi, çadra örtməyin məcburi olmaması kimi həmin dönəm üçün radikal ideyalar irəli sürüblər. Onlar habelə xüsusi mülkiyyətin ləğvi, əmlakın ümumiləşdirilərək insanlar arasında bərabər bölünməsi kimi təkliflər də səsləndiriblər. Babın şagirdlərindən olan Bəhaulla B.-in radikal məzmununu kənara ataraq yeni bəhailik təlimini yaradıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti