E.ə. 46-cı ildə Yuli Sezar tərəfindən tətbiq edilmiş tarixin hesablama sistemi (köhnə üslub).
Y.T.-ni əslən isgəndəriyyəli olan yunan astronomu Sozigen tərtib edib. Burada sıra sayı dördə bölünən illər uzun illər sayılır; başqa sözlə: ilin orta uzunluğu 365,25 gün hesab edilir. Bu isə tropik ildən 0,0078 gün uzun olduğu üçün hər 400 ildə 3 gün xəta yaranır. Həmin səbəbdən 1582-ci ildən başlayaraq Y.T. Qriqori təqvimi ilə əvəz olunmağa başlanıb. Y.T. ilə Qriqori təqvimi arasında fərq XVIII əsrdə – 11, XIX əsrdə – 12, XX əsrin əvvəlində isə 13 gün təşkil edib.
Tarix terminləri lüğəti