Şimal və Cənub yarımkürələrində 20°-30° enliklər arasında yerləşən coğrafi qurşaqlar.
T.Q.-da havanın temperaturu daim yüksək, yağıntılar az olur. Quruda yarımsəhra və səhralar üstünlük təşkil edir, lakin rütubətli tropik meşələr və savannalar da mövcuddur. Dünya okeanının suyu yüksək temperatur (+20°C-yə qədər) və aşağı duzluluğu ilə səciyyələnir. Bu qurşaqlarda Şimali Amerikanın cənub, Cənubi Amerikanın mərkəzi hissələri, Afrikanın şimalı və cənubu, Avstraliyanın mərkəzi rayonları yerləşir.
Coğrafiya terminləri lüğəti