Reklam
Reklam

Tarix terminləri lüğəti

senturiya

lat. centum – yüz

1. E.ə. VI–II əsrlərdə Qədim Romada vətəndaşların hərbi-siyasi bölgü vahidi, elektoral qrupu.

Hər S. xalq yığıncağında bir səsə malik olub. Qədim Romada cəmi 193 (e.ə. III əsrdən – 373) S. yaradılıb.

2. E.ə VI–IV əsrlərdə Qədim Romada əsas qoşun vahidi.

S., bir qayda olaraq, legionun tərkibində 60 nəfərdən (bəzi hallarda 30 nəfərdən) ibarət hərbi dəstə şəklində təşkil edilib, onun başında senturion durub.

3. Qədim Romada 50,364 hektara bərabər sahə vahidi.

Tarix terminləri lüğəti