Əşyanın miqdarını qeyri-müəyyən şəkildə bildirən saylar.
Qeyri-müəyyən miqdar saylarına aşağıdakıları aid etmək olar: 1. Az, çox, xeyli, çoxlu və s. 2. Yuvarlaq müəyyən miqdar saylarına -larla2, -larca2 şəkilçilərini artırmaqla əmələ gələn qeyri-müəyyən miqdar sayları: onlarla, minlərlə, milyonlarca və s. 3. Bir sayının müxtəlif sözlərlə işlənməsindən əmələ gələn qeyri-müəyyən miqdar sayları: bir sıra, bir çox, bir az və s. 4. Müxtəlif sayların birlikdə işlənməsindən əmələ gələn qeyri-müəyyən miqdar sayları, yaxud təqribi (təxmini) saylar: on-on beş (10–15), üç-dörd (3–4) və s. Qeyri-müəyyən miqdar sayı bildirən bəzi sözlər həm də zərf rolunda çıxış edir; məs.: çox adam (say), çox danışır (zərf).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti