E.ə. III minillikdə Cənubi Qafqaz və Kiçik Asiya ərazisində yayılmış arxeoloji mədəniyyət.
Son arxeoloji tədqiqatlar K.-A.M.-nin Erkən Tunc dövrünə aid olduğunu göstərir. Bu mədəniyyətə aid ilk materiallar 1869-cu ildə Daşkəsən ərazisində aşkarlanıb. K.-A.M. üçün, əsasən, daş, möhrəpalçıq və çiy kərpicdən tikilmiş dairəvi bünövrəli evlər, yarımqazmalar, gildən hazırlanmış ocaq yerləri, şirələnmiş qara, boz və qırmızı rəngli saxsı qablar, dən daşları, tunc əmək alətləri, silahlar, qızıl və gümüş bəzək əşyaları səciyyəvi sayılır. Bu tapıntılar həmin mədəniyyətin daşıyıcıları olan tayfalarda əkinçilik və maldarlığın yüksək inkişaf səviyyəsini göstərir. Azərbaycanda K-A.M.-nə aid metaləridən kürələr də aşkarlanıb. Qafqazda toxuculuğun inkişafı, yağ emalı, heyvanlardan qoşqu qüvvəsi kimi istifadə olunması K.-A.M. dövründən başlayır.
Tarix terminləri lüğəti