Reklam
Reklam

Tarix terminləri lüğəti

Tunc dövrü

Bəşəriyyətin inkişafında metalların emalı nəticəsində tuncun alınması, onun əmək alətləri və silah hazırlamaq üçün əsas materiala çevrilməsi ilə səciyyələnən mədəni-tarixi dövr.

Eneolitdən sonra gələn T.D.-nün təxmini xronoloji çərçivəsi e.ə. IV minilliyin sonu – I minilliyin başlanğıcını əhatə edir. Tunc misin digər metallarla (qurğuşun, qalay, arsen və s.) ərintisindən ibarətdir. O, möhkəmliyinə görə misi xeyli üstələyir, eyni zamanda bu metala nisbətən daha aşağı temperaturda əriyir. Tuncdan hazırlanmış əmək alətləri istehsalın inkişafına güclü təkan verib.  E.ə. IV minilliyə aid ən qədim tunc alətlər müasir Türkiyə, Cənubi İran və Mesopotamiya ərazisində aşkarlanıb. Daha sonra onlar Misirdə (e.ə. IV minilliyin sonu), Hindistanda (e.ə. III minilliyin sonu), Çində (e.ə. II minilliyin ortaları) və Avropada (e.ə. II minillik) yayılıb. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda T.D. e.ə. IV minilliyin sonu – e.ə. III minilliyin əvvəlində başlanıb.

Tarix terminləri lüğəti