Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Hondvana

Hindistanda hond tayfasının Van rayonunun adından

Paleozoy erası ərzində və Mezozoyun əvvəlində Cənub yarımkürəsində böyük quru sahəsi.

H.-nın təxminən 750-510 mln. il əvvəl yarandığı, sonradan Pangeya supermaterikinin tərkibinə daxil olduğu və Mezozoy erasının əvvəlində (təxminən 200-180 mln. il qabaq) yenidən ondan ayrıldığı güman edilir. Növbəti tarixi mərhələdə H. Cənubi Amerika, Afrika, Avstraliya, Antarktida və qismən Asiya (Ərəbistan, Hindistan yarımadaları) qitələrinə bölünüb. H. termini 1885-ci ildə Avstriya geoloqu Eduard Züss tərəfindən təklif olunub.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti