lat. dictatura – məhdudiyyətsiz hakimiyyət
Hakimiyyətin bütövlükdə bir şəxsin (diktatorun), yaxud hakim qrupun, təbəqənin, partiyanın əlində cəmləşdirilməsi ilə səciyyələnən dövlət idarəçiliyi üsulu.
D. rejimi cəmiyyət həyatının bütün sahələrinə ciddi nəzarət, siyasi rəqiblərə qarşı radikal cəza tədbirləri, həmçinin vətəndaşların hüquq və azadlıqlarının maksimum məhdudlaşdırılması kimi xüsusiyyətlərə malikdir. Müasir dövrdə D.-nın iki əsas forması var: avtoritarizm və totalitarizm. D. tətbiq edildiyi dövlətdə hakimiyyətin formasından birbaşa asılı deyil. Məsələn, Böyük Fransa inqilabı zamanı bu ölkədə hakimiyyət forması respublika, hakimiyyətin həyata keçirilmə üsulu isə D. olub.
Tarix terminləri lüğəti