Bəşəriyyətin inkişafında dəmirdən əmək alətlərinin, silah və məişət əşyalarının hazırlanması ilə başlanan tarixi mərhələ.
Tunc dövrünü əvəzləyən bu mərhələnin başlanğıcı I minilliyin əvvəllərində qoyulub. D.D. terminini elmə XIX əsrin ortalarında danimarkalı arxeoloq K.Tomsen daxil edib. Dəmirdən istifadə istehsalın irəliləyişinə güclü təkan verib, cəmiyyətin inkişafını sürətləndirib. Avrasiya xalqlarının əksəriyyətində ibtidai icma quruluşundan sinifli cəmiyyətə keçid məhz D.D.-ndə baş verib.
Tarix terminləri lüğəti