ər. şeyx əl-islam – hərfi mənası: islamın ağsaqqalı, başçısı
İslam dininin yayıldığı ölkələrdə XI əsrdən başlayaraq görkəmli ilahiyyatçıların (üləmaların), sonralar isə ali ruhani xadimlərin fəxri titulu.
Osmanlı dövlətində Ş. XVI əsrin ortalarından 1924-cü ilədək sultan tərəfindən təyin edilib və müsəlman ruhanilərin fitva vermək hüququna malik başçısı funksiyasını yerinə yetirib. Səfəvilər dövlətində isə şahın təyin etdiyi baş qazılardan biri Ş. olub. 1872-ci ilin aprelində çar hökuməti bölgədəki müsəlmanlara nəzarət məqsədilə Zaqafqaziya Müsəlmanları İdarəsi yaradıb, bu dövlət qurumunun şiə bölümünün rəhbəri də Ş. adlandırılıb. Lakin burada Ş. titulu faktik olaraq çar hökuməti tərəfindən həmin vəzifəni tutan şəxsə verilib və məfhumun tarixi anlamı ilə əlaqəsi olmayıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti