Reklam
Reklam

Tarix terminləri lüğəti

üləma

ər. alim sözünün cəm forması – hərfi mənası: çox bilikli insanlar, hər şeyi bilənlər

İslamda ilahiyyat biliciləri və hüquqçularının ümumiləşdirilmiş adı.

Orta əsrlərdə müsəlman qurumlarına, dini tədris müəssisələrinə, hüquq və məhkəmə sisteminə rəhbərlik Ü.-nın əlində olub. Vəqflərdən gələn gəlirlərin idarəçiliyi də Ü.-ya tapşırılıb. Hazırda Yaxın və Orta Şərqin müsəlman ölkələrinin əksəriyyətində Ü. böyük nüfuz sahibi olaraq qalır.

Tarix terminləri lüğəti