Ölçüsü 10 mm-dən 100 mm-dək olan yuvarlaq süxur qırıntısı.
Ç.-ın forması süxurun maddə tərkibindən, tekstur və struktur xüsusiyyətlərindən, qırıntıların ilkin formasından və həmçinin köçürmə mühitinin xarakterindən asılı olaraq dairəvi, yumurtavarı, yastı və s. olur. Müasir və qədim çökmə qatlarda geniş yayılmışdır.
Coğrafiya terminləri lüğəti