Reklam
Reklam
  • Ey şəhər müftisi, səndən pərgarıq,

    Bunca sərxoşluqla səndən huşyarıq.

    Biz şərab içirik, sən xalq qanını,

    İnsaf et, hansımız daha qəddarıq?

  • Ya dost olma, ya zəhmətdən incimə,

    Dost yolunda boran, qar olacaqdı.

  • Ələsgər, üsyanın çıxıbdı sandan,

    Öldürsən zənburu, əl çəkməz şandan.

    Hərcayıdan, müxənnəsdən, nadandan,

    Nə söz qaldı sənətkara dəyməmiş.

  • Aşıq olub diyar-diyar gəzənin,

    Əzəl başdan pür-kamalı gərəkdi.

    Oturub durmaqda ədəbin bilə,

    Mərifət elmində dolu gərəkdi.

  • Bir mərd ilə ağı yesən – şirindir,

    Yüz namərdlə şəkər yesən – dad olmaz.

  • Əl vurma gücün çatmayan daşa,

    Qaldıra bilməzsən, zora düşərsən.

  • Təzə aşnalıqla köhnə dostluğun

    Fərqi var qış ilə yaz arasında.

  • Misə qızıl vurmaq nəyə gərəkdir,

    Mis yenə özünü göstərəcəkdir.

  • Məndən, Füzuli, istəmə əşar-mədhü-zəmm,

    Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

  • Söz mənadan asılıdır, məna sözdən hər zaman,

    Bir-birindən asılıdır, necə ki cism ilə can.

  • Dil gülünc etməsin deyə insanı,

    İnsan ağzı olmuş dilin zindanı.

  • Məndə Məcnundan füzun aşiqlik istedadı var,

    Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

  • Turana qılıncdan daha kəskin, ulu qüvvət,

    Yalnız mədəniyyət, mədəniyyət, mədənyyət!

  • Yurdu sarmış qabalıq, yaltaqlıq,

    Yüksəliş varsa, səbəb alçaqlıq...

  • İdrakı sönük başçıların qəfləti ancaq

    Etmiş, edəcək milləti həp əldə oyuncaq.

  • Bizim bu dünyada nə malımız var,

    Nə evdə bir sahibcamalımız var.

    Vaqif, öyünmə ki, kamalımız var,

    Allaha şükür ki, kamal da yoxdur.

  • Bayram oldu, heç bilmirəm neyləyim...

    Bizim evdə dolu çuval da yoxdur.

  • Qədəm qoyub yar bağına gələndə

    Elə gəl, elə get, yol inciməsin.

  • Bir səda eşitdim canan elindən,

    Oyandım yuxudan bu sabahları.

    Bir cavab almadım yarın dilindən,

    Görüm açılmasın bu sabahları.

  • Ən kimsəsiz küçə sənin,

    Küçə sənin, gecə mənim,

    Sən bağlayan pəncərənin,

    Bir dön bəri bax yeri var.