- Bir ağacdan kürək də düzəlir, bel də. (Gürcü)
- Bazarda şamın bahalaşmağının dərdi kora qalmayıb. (Gürcü)
- Batan günəş, doğan aya çəpəki baxar. (Gürcü)
- Barmağın ağrısını ürək bilər, ürəyin ağrısını heç kəs. (Gürcü)
- Axmaz su iylənər. (Gürcü)
- Hər saqqalı olana ağsaqqal deməzlər. (Azərbaycan)
- Ağız torba deyil, büzəsən. (Azərbaycan)
- Yuxarı tüpürürəm – bığ, aşağı tüpürürəm – saqqal! (Azərbaycan)
- Zurnanı versən naşı əlinə, gen tərəfindən üfləyər. (Azərbaycan)
- Gözəllik ondur, doqquzu dondur! (Azərbaycan)
- Dəmir islanmaz, dəli utanmaz. (Azərbaycan)
- Araba qırılanda yol göstərən çox olar. (Azərbaycan)
- Mal yiyəsinə oxşar. (Azərbaycan)
- Yaz dumanı bar gətirər, qış dumanı qar. (Azərbaycan)
- Bir gül ilə bahar olmaz. (Azərbaycan)
- Vaxtsız banlayan xoruzun başını kəsərlər. (Azərbaycan)
- Hər gecənin bir gündüzü var. (Azərbaycan)
- Qışın qarı, yayın barı (Azərbaycan)
- Boyunduruqdan qaçan öküzü kəsərlər. (Azərbaycan)
- Divarı nəm yıxar, insanı qəm. (Azərbaycan)