Reklam
Reklam
  • Qızın isməti – atanın dövləti! (Azərbaycan)
  • Qızlığı nə idi ki, gəlinliyi nə ola?! (Azərbaycan)
  • Qızım, sənə deyirəm, gəlinim, sən eşit. (Azərbaycan)
  • Qızı vermisən, özünə oğul qazanmısan. (Azərbaycan)
  • Qızı saldın beşiyə, çək cehizi eşiyə. (Azərbaycan)
  • Qız özgə əmanətidir. (Azərbaycan)
  • Qız özgə çırağını yandırar. (Azərbaycan)
  • Qız qapısı – şah qapısı: mini gələr, biri razı gedər. (Azərbaycan)
  • Qız nəvəsi şirin olar. (Azərbaycan)
  • Qız kəsilməmiş qarpız kimidir. (Azərbaycan)
  • Qız evin qonağıdır, vaxt gələr, gedər. (Azərbaycan)
  • Qız bəzəkdir, oğul şərəf. (Azərbaycan)
  • Qız anadan öyüd alar. (Azərbaycan)
  • Qız aparanı yuxu tutmaz. (Azərbaycan)
  • Qız alanın ya bir çuval qızılı, ya bir çuval yalanı gərək. (Azərbaycan)
  • Qız axtarana arşınmalçılıq da yaraşar. (Azərbaycan)
  • Qız alan gözü ilə baxmasın, qulağı ilə eşitsin. (Azərbaycan)
  • Ananın ərköyün oğlu hambal olar. (Azərbaycan)
  • Anası gəzən ağacları qızı budaq-budaq gəzər. (Azərbaycan)
  • Qırx dayəsi olan uşaq aciz olar. (Azərbaycan)