Reklam
Reklam
  • Elm bir xəzinədir, nə qədər sərf edərsən, bir o qədər artar. (Azərbaycan)
  • Elm ağılın çırağıdır. (Azərbaycan)
  • At yeriməklə, insan bilməklə. (Azərbaycan)
  • Bilməmək eyib deyil, soruşmamaq eyibdir. (Azərbaycan)
  • Bilik ağlın aynasıdır. (Azərbaycan)
  • Arifə bir işarə kifayətdir. (Azərbaycan)
  • Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən. (Azərbaycan)
  • Anlayana qul ol, anlamayana ağa olma. (Azərbaycan)
  • Camal gedər, kamal qalar. (Azərbaycan)
  • Cahil ilə bal yemə, aqil ilə daş daşı. (Azərbaycan)
  • Cahilin ibadətindən alimin yuxusu yaxşıdır. (Azərbaycan)
  • Dəvəcən boyun olunca, düyməcə ağlın olsun. (Azərbaycan)
  • Ağıl ağıldan üstündür, söz sözdən ötgün. (Azərbaycan)
  • Ağıllıya işarə, nadana kötək! (Azərbaycan)
  • Ağıllı qəm yeyər, dəli – qamçı! (Azərbaycan)
  • Ağıllı bir dəfə aldanar. (Azərbaycan)
  • Ağılsız adama nəsihət etmək dənizə su tökmək kimidir. (Azərbaycan)
  • Ağıllının zənni cahilin həqiqətindən yaxşıdır. (Azərbaycan)
  • Ağıllı uşaq bələkdə özünü göstərər. (Azərbaycan)
  • Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər. (Azərbaycan)