Reklam
Reklam
  • Bəxt kəsəni bıçaq kəsməz. (Saxur)
  • Qabağa keçəndən yox, arxada qalandan qorx. (Saxur)
  • Gəzən ayağa palçıq yapışar. (Saxur)
  • Ağılsız qızdansa, kor oğul yaxşıdır. (Saxur)
  • Taxılı səpəndə dəyirman axtararlar. (Saxur)
  • Üstündə pul olmayana dilənçi deməzlər. (Saxur)
  • Daş anbara diyirlənər. (Saxur)
  • Gülləri yığmağa getmişdim, kol-kosa düşdüm. (Saxur)
  • Gül gülə baxıb açılar. (Saxur)
  • Döyülməmiş çəltikdən düyü olmaz. (Saxur)
  • Sarımsaq yeməyənin ağızından iy gəlməz. (Saxur)
  • Təki baş sağ qalsın, papaq tapılar. (Ləzgi)
  • İki evin urvasından üç fətir olar. (Ləzgi)
  • Dənizə daş atmaqla suyu bulanmaz. (Ləzgi)
  • Qıfılsız dil baş ağrıdar. (Ləzgi)
  • Keçəlin bəxti yeyin olar. (Ləzgi)
  • Kələklə gələn, küləklə gedər. (Ləzgi)
  • Xəncər ləzgiyə yaraşar. (Ləzgi)
  • Kar iki dəfə gülər. (Ləzgi)
  • Plov bişirməyə söz yox, düyü ilə yağ gərəkdir. (Ləzgi)