- İnək su içər-süd olar, ilan su içər-zəhər. (Ləzgi)
- Toyuq yumurtasına görə qaqqıldar. (Ləzgi)
- İgidin qədrini igid bilər, gülün qədrini bülbül. (Ləzgi)
- Arifə bir söz bəsdir, eşşəyə bir əsa. (Ləzgi)
- Öz yuvasında siçan da aslandır. (Ləzgi)
- Donuz xortlamağı böyüyündən öyrənər. (Ləzgi)
- Sən görən kolda dovşan qalmayıb. (Ləzgi)
- At olmayan yerdə eşşək də atdır. (Ləzgi)
- Aciz eşşəyə hər kəs minər. (Ləzgi)
- Ara xəlvət olanda tülkü bəy olar. (Ləzgi)
- Mənə düşmən olmayan qurd min il yaşasın. (Kürd)
- Ayının yeddi mahnısı var, hamısı da bir armudun üstündə. (Kürd)
- Qurdun adı çıxıb, tülkü dünyanı dağıtdı. (Kürd)
- Bal oğurlayanın cəzasını arı özü verir. (Kürd)
- Düşmənin qarışqa da olsa, yenə ehtiyatını gör. (Kürd)
- Çobanın könlü istəsə, təkədən süd sağar. (Kürd)
- Tülkü aslanın yerinə keçdi, hər yanı viran etdi. (Kürd)
- Tülkü yeyə bilmədiyi üzümə “iylənib” deyər. (Kürd)
- İlanın balası zəhərsiz olmaz. (Kürd)
- Adam kimi işlə, aslan kimi ye. (Kürd)